İQNA Quran agentliyinin “ISESCO” saytına istinadən məlumatına əsasən, İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri , Əlcəzairin prezidenti Əbdüləziz Buteflik və digər dövlət rəsmiləri təntənəli mərasimə qatılıb və çıxış ediblər.
İSESCO-nun baş katibi əl-Tüveycri “İSlam mədəniyyəti paytaxtı” proqramlarının keçirilməsindən məqsəd İslami birlyinin və bağlılığın artırlması və müştərək islami fəaliyyətlərin əsasının qoyulması, İslam ölkələri arasında əlaqələrin genişləndirilməsi olduğunu deyib.
O əlavə edib ki, 2011-ci ildə Ərəb, Asiya və Afriqa ölkələrindən tərtiblə Əlcəzarinin Tlemsen, İndoneziyanın Cakarta və Qivineyanın Qunakri şəhərləri İSESCO tərəfindən”İslam mədniyyətinin paytaxtı” seçilib. “İslam mədəniyyəti milli inkişaf, insane dəyərlərin inkişafına səbəb olur və cəmiyyətdə dinc yaşamaq üçün bir vəsilədir.
O Tlemsenin tarixi bir şəhər olduğunu vurğulayaraq bu şəhərin Əlcəzairin inkişafında rolundan danışıb və bu şəhərin İslam mədəniyyətinin paytaxtı seçilməsini Əlcəzairin regionda və beynəlxalq səviyyədə nüfuzunun inkişafına dəstək olacağını deyib. 775501