IQNA

0:29 - April 22, 2011
Xəbər sayı: 2109698

Lüksemburqda İslam iqtisadiyyatı üzrə illik iclas keçiriləcək

Beynəlxalq şöbə: İslami Maliyyə Xidmətləri Birliyinin (IFSB) VIII dövr illik iclası may ayının 10-12-də Lüksemburqda keçiriləcək.

İQNA Quran agentliyinin “paperjam.lu” saytına istinadən məlumatına əsasən, bu iclas IFSB-yə üzv olan Lüksemburq Mərkəzi Bankının (BCL) və Kirchberg konfranslar mərkəzində keçiriləcək.
Konfransda İslami iqtisadiyyat üzrə tanınmış beynəlxalq ekspertlər iştirak edəcək və onlar “İslami iqtisadiyyat üçün maliyyə sabitliyinin gücləndirilməsi, probelmlər və fürsətlər” mövzusunu araşdıralcaqlar.
Konfrans çərçivəsində islami iqtisadiyyat mövzusu ilə simpozium və beş elmi yığıncaq keçiriləcək.
Konfransın açılış mərasimində Dünya Bankının rəhbəri Sri Mulyani Indrawati, İordaniya Mərkəzi Bankının rəisi Faris A. Sharaf, IFSCB –nin baş katibi Jaseem Ahmed və Lüksemburq Mərkəzi Bankının rəhbəri Yves Mersch iştirak edəcəklər. 777072
captcha