IQNA

12:31 - April 22, 2011
Xəbər sayı: 2109801
Beynəlxalq şöbə: Bəhreyndə sabah ölkə üzrə XVI dövr Quran müsabiqəsi keçiriləcək. Müsabiqəni bu ölkənin Vəqflər , İslami İşlər və Ədliyyə Nazirliyi təşkil edir.
İQNA Quran agentliyinin “ƏL-Vəsət” qəzetinə istinadən məlumatına əsasən, müsabiqədi 850 nəfər qadın və kişi Quranın qiraəti və əzbərdən oxunması üzrə yarışacaq.
Bəhreynin Vəqflər, İslami işlər və Ədliyyə Nazirliyinin İslami işlər üzrə nazir müavini Fərid əl-Fəttah deyib ki, müsabiqə aprelin 23-25 də keçiriləcək. Müsabiqənin ölkə üzrə keçirilməsi üçün xüsusi mərkəzlər yaradılıb və müsabiqə orada təşkil olunacaq.
O müsabiqənin təşkilini əhalinin Quranın əzbər oxumasına marağını artırmaq və Quran təlimləri əsasında yeni nəslin tərbiyələndirmək məqsədi ilə təşkil olunduğunu deyib.
Qeyd edək ki, Bəhreyndə ölkə üzrə Quran müsabiqəsi 1996-cı ildən keçirilir. Quran müsabiqəsi Bəhreyndə elə bir şəraitdə keçirlir ki, hazırda bu ölkədə Ali Səud və Ali Xəlifə rejiminin mozdurları ölkə vətəndaşlarını qətliam edir, məscidləri sökür və Quranı yandırırlar. 778613
Ad:
E-poçt:
* Comment:
* captcha: