IQNA

Türkiyədə “Tarixin ən yaxşı qadınları” adlı konfrans keçiriləcək

23:17 - April 22, 2011
Xəbər sayı: 2109922
Siyasi və ictimai şöbə: Türkiyənin Kocaəli şəhərində Sabancı mədəniyyət mərkəzində “Zamanın Zeynəbi – Kocaəli” Birliyinin təşəbbüsü ilə aprelin 27-də yerli vaxtla saat 14:00-da “Tarixin ən yaxşı qadınları” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyiin Türkiyə şöbəsinə əsasən, konfransda vəkil Güldən Sonməz, yazıçı və tədqiqatçı Demet Tezcan və yazıçı Gülserən Gümüş iştirak edəcək və çıxış edəcəklər.
Konfrans çərçivəsində şer oxunacaq,dini mahnılar oxunacaq, təvaşih tilavət olunacaq. Konfransa iştirak etmək istəyən qadınlar qatıla bilər.
Qeyd edək ki, Zamanın Zeynəbi Duyarlı Xanımlar Sosyal Yardımlaşma Birliyi Kocaəli şəhərində mədəni işlər və tədbirlər həyata keçirir. 778657
captcha