IQNA

19:12 - April 23, 2011
Xəbər sayı: 2110564

Azərbaycan İslam Partiyasının mitinq müraciətinə cavab verilib

Siyasi və İctimai şöbə: Azərbaycan İslam Partiyasının aprelin 24-də paytaxtda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə cavab verilib.

İQNA Quran agentliyinin məlumatına əsasən, Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı Elçin Manafov mitinqlə bağlı bu dəfəki cavabda Bakı meriyası başqa bəhanə gətirib: "İcra Hakimiyyətindən mənə bildirdilər ki, siz fərd olaraq mitinq keçirmək istəmisiniz. Biz düşünürük ki, 10 minlik mitinqi idarə edə bilməzsiniz və təhlükəsizlik təmin olunmaz. Buna görə də mitinqə icazə verilmir. Bir sözlə, bizim mitinq keçirmək istəyimizə mənfi cavab verdilər", -deyə Manafov deyib.
Manafov deyib ki, keçən dəfə mitinqlə bağlı müraciətə AİP-in dövlət qeydiyyatının olmaması bəhanə gətirildiyindən bu dəfə Bakı meriyasına fərd kimi müraciət edib.
Partiyanın sədr əvəzi bildirib ki, AİP aprelin 24-də keçirməyi planlaşdırdığı mitinqi Azərbaycan qanunlarına hörmət əlaməti olaraq razılaşdırılmamış şəkildə keçirməyəcək.
"Biz qanuni istəklərimizə hörmət istəyirik. Növbəti addımların məsuliyyətini başa düşərək Baş Məclis keçirəcəyik. Ümumiyyətlə, Baş Məclisimizin növbəti iclasının vaxtı mayın 3-dür. Baş Məclisə rayonlardan nümayəndələr təşrif buyuracaq, birlikdə növbəti addımlarla bağlı qərar verəcəyik", -deyə Manafov deyib. 779107
captcha