Livanda xristian və müsəlman dini liderlərinin birgə konfransı keçiriləcək
Beynəlxalq şöbə: Xristian və müsəlman liderlərin birgə konfransı mayın 12 –də Livanda keçiriləcək. Konfrans Livanda İslam və Xristan dinləri arasında qarşılıqlı anlaşmanı gücləndirmək məqsədi ilə keçiriləcək.
İQNA Quran agentliyinin Livanın “Əl-İntiqad” qəzetinə istinadən məlumat verir ki, hazırda xristian və müsəlman dini liderlər arasında keçiriləcək konfransın daha yaxşı səviyyədə keçirilməsi ilə bağlı danışıqlar aparılır.
Konfransda yalnız dini liderlər və Livanın İslam və Xristian dialoqo Milli Komitəsinin üzvləri iştirak edəcək.
Konfransın sonunda bəyanat qəbul olunacaq. 779737