İQNA Quran agentliyinin “CFCM” sayıtna istinadən məlumatına əsasən, Fransa Müsəlmanlar Şurasının sədri Məhəmməd Musəvi bəyanatda bildirir ki, son aylar ərzində ifratçı irqçilərin İslami Mərkəzlərə və məscidlərə hücumlarının sayı artdığını və bu məsələnin müsəlmanları narahat etdiyini deyib. O Fransa müsəlmanlarını səbirli olmağa və dözümlülük göstərməyə çağrıb.
Müsəvinin sözlərinə görə, 2010-cu ildə Fransada məscid və İslami Mərkəzlərə ifratçı irqçilərin hücumlarının sayı 2009-cu illə müqayisədə iki dəfə çoxalıb və bu hücumlar 2011-ci ildə də davam edir.
Qeyd edək ki, bir neçə gün öncə naməlum şəxslər Reims şəhərinin məscidinə hücum edib və donuz ətini məscidin qapısına asıblar və İslam zidd şüarlar məscidin divarlarına yazaraq qaçıblar. 780319