İQNA Quran agentliyinin “Islamic-events” saytına istinadən məlumatına əsasən, bu görüş yeni müsəlman olmuş şəxslərin bir-birlərini tanıması və dini məsələlərin həlli üçün onlar arasında əməkdaşlıqların artırılması məqsədi ilə təşkil olunacaq. Görüş Belçika İslami Mərkəzində keçiriləcək.
Görüşdə həmçinin yeni müsəlman olmuş şəxslərin ailələri də iştirak edəcək. Müxtəlif din mənsublarından olan ailələr İslam dinin əsasları ilə tanış olurlar. Görüş təşkilatçıları düşünür ki, müxtəlif din mənsubları olan ailələr dinlərarası dialoq üçün şəraiti elə ailələrin daxilindən başlada bilər.
Qeyd edək ki, mərasimdə iştirake etmək istəyən şəxslər infos@centreislamique.be e-mail ünvanına istəyini bildirə bilər. 791260