IQNA

23:58 - May 19, 2011
Xəbər sayı: 2125083

ABŞ-ın Masaçust ştatında Quran müsabiqəsi keçiriləcək

Beynəlxalq şöbə: ABŞ-ın Masaçust ştatının İsperinq field şəhərində cari ilin avqust ayında Qurani – Kərimin hifz və qiraəti üzrə yarışlar təşkil olunacaq.

İQNA Quran agentliyinin MasjidMA saytına istinadən məlumatına əsasən, müsabiqə Qərbi Masaçust İslami Mərkəzinin təşəbbüsü ilə keçirilir. Bu mərkəz hər dörd aydan bir Quranın qiraəti, hifzi və təfsiri üzrə müsabiqələr təşkil edir. Müsabiqə Quran qiraəti və əzbər öyrənməsinə insanları maraqladırmaqdır.
Müsabiqənin qiraət bölməsində 7-8 yaşlı uşaqlar, 9-12 yaşlı yeni yetmələr və 13 yaşından yuxarı gənclər iştirak edəcək. Quranın əzbər oxuması üzrə də 5-6 yaşlı uşaqlar, 7-8 yaşlı uşaqlar, 9-12 yaş yeni yetmələr və 13 yaşından yuxarı gənclər iştirak edəcək.
Müsabiqənin sonunda qalilərə mükafatlar təqdim olunacaq. 793442
captcha