IQNA

Əlcəzairdə “İslamda uşaqların yeri” adlı konfrans keçiriləcək

23:11 - May 24, 2011
Xəbər sayı: 2127959
Beynəlxalq şöbə: Əlcəzairin Konstantin şəhərində iyun ayının 1-də bütün dünyada uşaqların müdafiəsi günü münasibəti ilə “İslamda uşaqların yeri” adlı konfrans keçiriləcək.
İQNA Quran agentliyinin “elwatan” saytına istinadən məlumatına əsasən, konfransda ailə məsələləri üzrə ekspertlər, Əlcəzairin tanınmış alimləri və universitet professorları iştirak edəcək.
Konfransda “uşaqlara aid Quran ayələri və hədislər”, “İslam Peygğəmbəri (s) hədislərinə və sünnətinə əsasən uşaqların hüquqları”, “İslamda övladlar və valideynlərin uşaqlarla əlaqəsi” kimi mövzular müzakirə olunacaq.
Qeyd edək ki, 1 iyun bütün dünyada uşaqların müdafiəsi günü kimi qeyd olunur və uşaqlar üçün müxtəlif şənliklər bu gündə dünyanın müxtəlif ölkələrində təşkil olunur.797444
captcha