IQNA

ABŞ-da kilsələrdə Quran qiraət olunacaq

23:57 - June 06, 2011
Xəbər sayı: 2133886
Beynəlxalq şöbə: ABŞ kilsələrində “açıq qapı” günləri keçiriləcək. İyunun 26-da keçiriləcək “açıq qapı” günündə müsəlman qarilər kilsədə Quran qiraət edəcəklər.
İQNA Quran agentliyinin “saphirnews” saytına istinadən məlumatına əsasən, ABŞ-da Kilsələrdə “açıq qapı” günləri bu ölkədə yaşayn müsəlmanlar və yəhudilər üçün və sivilizasiyalar arasında dialoq üçün əlverişli şərait yaratmaq üçün təşkil olunub. Dinlərarası Koalisiya Təşkilatı və Human Rights First təşkilatının təşəbbüsü ilə keçirilən gündə İlahi dilərlə bağlı maarifləndirmə işləri aparılır.
Quran qariləri kilsələrdə Quran oxumaqla islamofobiya qarşı mübarizə aparacaq, əhalini İslam maarifi ilə tanış edəcəklər.
“Açıq qapı” günləri təşkil edənlər həmçinin gələcəkdə Məscidlərdə “açıq qapı” gününü qeyd etmək istəyirlər. Həmin gündə yəhudi və xristian kişi və qadınlar məscdilərə gələcək və müsəlmanlar həmin din mənsubları ilə yaxından tanış olacaqlar.803679
captcha