İQNA Quran agentliyinin məlumatına əsasən, şer gecəsində şairlər, yazıçılar, tanınmış ruhanilər, jurnalistlər və Əhli-Beyt (ə) aşiqləri, Bakıda yaşayan İranlılar iştirak ediblər.
Mərasimin əvvəlində Vəliyyi-Fəqihin Azərbaycandakı nümayəndəsi höccətül-islam Əli Əkbər Ocaqnijad çıxış edib. O İmamın şəxsiyyəti və elmi dərəcəsi haqqında sohbet edib və deyib ki, İmam Xumeyni (r.ə) siyasətçi, allaha inanan, öz millətinə və allahına sadiq, səmimi, Əhli-Beyt (ə) aşiqi bir şəxsiyyət idi. Elə bu xüsusiyyətlərinə görə hegemonlar onun təfəkkürlərinə qarşı dözümsüz idilər.
Qeyd edək ki, həmçinin İmam Xumeyninin (r.ə) vəfatının il dönümü münasibəti ilə Bakıda Əhli-Beyt (ə) hüseyniyyəsində foto və kitab sərgisi təşkil olunub. 803724