IQNA

İslam iqtisadiyyatı Fransada təqdim olunur

18:18 - June 27, 2011
Xəbər sayı: 2145365
Beynəlxalq şöbə: İslam iqtisadiyyatının təqdimetmə günü Fransanın Boissi Sen Leger şəhərində keçiriləcək.
İranın Quran xəbər agentliyi və «ifesi» xəbər bürosunun məlumatına əsasən, İslam elmləri və Fransa müəssisəsinin islam iqtisad bölməsinin açılış günü tir ayının beşi yerli vaxtla saat 14-dən, 18-dək keçiriləcək.
Bu günün keçirilməsində əsas məqsəd İslam iqtisad elm mərkəzinin fəaliyyətlərinin təqdimi və bu müəssisənin dərs siniflərində İslam bankçılığı ilə tanışlıq kursları olmuşdur.
Həmçinin bu islam tədris müəssisəsinin ustadları bu günlər ərzində İslamda faizin haram olması barədə və bunun şəriət qanunları ilə əsaslandırılması haqqında dünyanın bir çox ölkələrində məruzələrlə çıxış edəcəklər.
Bu hesabata əsasən, İslam elmləri və iqtisad tədris kurslarına qeydiyyata düşmək imkanı bu gündə iştirak edənlər üçün hazırlanıb. 814440
captcha