IQNA

“Qəbsat” jurnalı ərəb dilində nəşr olundu

16:35 - July 12, 2011
Xəbər sayı: 2153441
Beynəlxalq şöbə: İslam təfəkkür və mədəniyyət tədqiqatı, Naxçıvan həmkarlar birliyinin təşəbbüsü ilə “Qəbsat” jurnalı mərifət çərçivəsi daxilində ərəbcə yenidən nəşr olundu.
“Qəbsat” jurnalının baş katibi Seyyid Ehsan Haeri İQNA ilə müsahibəsində dedi: “Qəbsat” jurnalı islam və şəriət fəlsəfəsi zəminində beynəlxalq və xüsusi elmi jurnal kimi mərifət çərçivəsi daxilində ərəbcə yenidən nəşr olundu.
O, əlavə etdi: Bu jurnal Höccətülislam vəlmüslimin Əli Əkbər Rəşad, məsul nümayəndəsi Məhəmməd Əvəz, baş katib Höccətülislam vəlmüslimin Əbülqasim Əlidustun nəzarəti altında Liviya ölkəsində çap olundu, ondan sonra bütün islam və ərəb ölkələrində yayıldı.
“Qəbsat” jurnalının icraçı rektoru dedi: Bu jurnal qanuna əsasən siyasətdən kənar, fiqh, iqtisadiyyat, hüquq , ictimai və s. məsələlərə daha yaxındır. Bir çox universitet müəllimləri, müxtəlif elm xadimləri və bacarıqlı tələbələr tərəfindən hazırlanır.
O, müsahibəsinin sonunda dedi: İndiyə kimi bu jurnalın 5 nömrəsində 50 məqalə çap olunmuşdur. Bu çap olunmuş jurnalın ilk sayı bir çox islam ölkələrində geniş yayılmışdır.
824250

captcha