İqna Quran Xəbər Agentliyi (İQNA): Islam Today xəbər agentliyinin verdiyi məlumata görə, Manhetten Uşaq Muzeyi Humanitar Elmlərə Milli Yardım Fondundan 40 min dollar əldə etməklə 2014-cü ilin sonuna kimi bu sərgini yaradacaq. “Müsəlmanların dünyası” adlanan sərgi müsəlmanların geniş mədəni fərqliliklərini tanıtdıracaq.
Manhetten Uşaq Muzeyinin müdiri Endryu Akermon bu barədə deyir: “Sərgi uşaqları və onların ailələrini İslam aləmi ilə tanış edəcək, onların İslam və müsəlmanlar haqqında yaranan yanlış stereotiplərini aradan aparacaq.”
Xatırladaq ki, sərgi Amerikada bu mövzuda keçiriləcək ilk tədbir olacaq. İslam İncəsənət Fondunun rəhbəri Doris Duk da İslam mədəniyyəti sərgisinin yaradılmasını himayə edənlərdəndir. 842296