İqna Quran Xəbər Agentliyi (İQNA): Lematin xəbər agentliyinin verdiyi məlumata görə, konfrans Mərakeş kralı 6-cı Məlik Muhəmmədin iştirakı ilə Ramazan proqramları çərçivəsində keçirilib.
Tədbirdə Qurani-Kərim tilavət edilmiş, Mərakeş Müsəlman Alimləri Şurasının üzvləri, eləcə də Mərakeş kralı Quranda və ümumiyyətlə İslamda ailənin əhəmiyyəti barədə çıxışlar etmişlər.
Xatırladaq ki, konfrans Mərakeş televiziyası və radiosu ilə birbaşa yayımlanmışdır. 845218