IQNA

İranlılar Parisdə Qədr gecələrini qeyd edirlər

12:37 - August 20, 2011
Xəbər sayı: 2173866
Beynəlxalq şöbə: Parisin “Beytuz-Zəhra (s.ə)” İslam Cəmiyyəti müqəddəs Qədr gecələrinin gəlib çatması münasibətilə ölkədə yaşayan iranlıların iştirakı ilə xüsusi tədbir keçirir.
İqna Quran Xəbər Agentliyi (İQNA): fr-beytolzahra xəbər agentliyinin verdiyi məlumata görə, “Beytuz-Zəhra (s.ə)” İslam Cəmiyyəti Qədr gecələrində xüsusi proqram təşkil edəcəklərini əvvəlcədən bəyan etmişdilər. tədbirlərdə İ.İ.R-nın nümayəndəliklərindən və qurumlardan, eləcə də Parisdə yaşayan iranlı tələbələrdən ibarət dəstələrin iştirak edirlər.
Quran qiraəti, Cövşən Kəbir duasının oxunuşu, Şam və İşa namazlarının camaatla qılınması, iftar süfrələri, Qədr gecələri barədə şiə alimlərinin xütbələri və ehya mərasimi bu proqramın əsas hissələrini təşkil edir.
“Beytuz-Zəhra (s.ə)” İslam Cəmiyyətinin məsullarının dediyinə əsasən, mərasim Qədr gecələri boyunca, avqustun 19-u, 21-i və 23-ü yerli vaxtla axşam saat 8-də başlayır. 846031
captcha