İqna Quran Xəbər Agentliyi (İQNA): fr-beytolzahra xəbər agentliyinin verdiyi məlumata görə, “Beytuz-Zəhra (s.ə)” İslam Cəmiyyəti Qədr gecələrində xüsusi proqram təşkil edəcəklərini əvvəlcədən bəyan etmişdilər. tədbirlərdə İ.İ.R-nın nümayəndəliklərindən və qurumlardan, eləcə də Parisdə yaşayan iranlı tələbələrdən ibarət dəstələrin iştirak edirlər.
Quran qiraəti, Cövşən Kəbir duasının oxunuşu, Şam və İşa namazlarının camaatla qılınması, iftar süfrələri, Qədr gecələri barədə şiə alimlərinin xütbələri və ehya mərasimi bu proqramın əsas hissələrini təşkil edir.
“Beytuz-Zəhra (s.ə)” İslam Cəmiyyətinin məsullarının dediyinə əsasən, mərasim Qədr gecələri boyunca, avqustun 19-u, 21-i və 23-ü yerli vaxtla axşam saat 8-də başlayır. 846031