IQNA

11:19 - August 22, 2011
Xəbər sayı: 2174928

Müqtəda Sədr: Suriyada baş verənlər Misir və Tunis inqilablarına bənzəmir

Beynəlxalq şöbə: İraqdakı Sədr cərəyanının rəhbəri Müqtəda Sədr Amerikanın Suriyanın daxili işlərinə müdaxiləsinin ardından burada baş verənlərə dair mövqeyini bildirərək deyib: “Suriyada baş verənlər Misir və Tunis inqilablarına bənzəmir.”

İqna Quran Xəbər Agentliyi (İQNA): Əsvatul-İraq xəbər agentliyinin verdiyi məlumata görə, Amerika Prezidenti Barak Obamanın “Bəşər Əsəd hökumətdən getməlidir” sözünün ardınca Müqtəda Sədr deyib: “Bəşər Əsəd Amerikanın Orta Şərqi istismar etmək siyasəti qarşısında müqavimət göstərən biridir. İndiyə kimi Suriya ilə bağlı məsələlərdə bitərəf idim, amma Amerikanın dəxaləti məni sükutumu pozmağa vadar etdi.”
Müqtəda Sədr Suriya böhranında araçılıq etməyə və problemi həll etməyə hazır olduğunu bildirərək sözlərinə bunları da əlavə edib: “Qələbə həmişə millətin və müqavimətindir. Hamı bilir ki, Tunis və Misirdəki inqilablarda mən xalqın tərəfində olmuşam. Lakin məsələləri bir-birinə qarışdırmaq olmaz. Çünki xalq inqilabları ilə Suriya hadisələri arasında böyük fərq vardır.” 846523
captcha