IQNA

Əfqanıstanda “Ramazanda bir həftə Quranla” adlı sərgi keçirilib

11:41 - August 22, 2011
Xəbər sayı: 2174938
Quran işləri üzrə şöbə: “Ramazanda bir həftə Quranla” adlı sərgi İ.İ.R-nın Heratdakı konsulluğunun mədəniyyət şöbəsi tərəfindən təşkil olunub.
İqna Quran Xəbər Agentliyi (İQNA): Sərgi avqustun 16-dan etibarən Cənubi Xorasan əyalətinin mədəniyyət işçiləri və Quran fəallarının, eləcə də Herat şəhərinin bəzi Quran mərkəzlərinin səyi ilə bir həftə davam edəcək.
İ.İ.R-nın Heratdakı konsulluğunun mədəniyyət şöbəsinin məsulu Muhəmmədəli Rizvani sərgi barədə bunları deyib: “Sərgidə nümayiş olunan əsərlər İran və Əfqanıstan sənətkarları tərəfindən işlənmiş kitab, disk və tablolardan ibarətdir. Sərgi boyunca İsfahandan gəlmiş bir təvaşih qrupu da izləyicilərə ilahi nəğmələr təqdim edəcəklər.”
O, həmçinin qeyd edib ki, hər gün iştirakçılardan və izləyicilədən 3 nəfər seçilərək İmam Rzanın (ə) ziyarətinə göndəriləcək.
Xatırladaq ki, buna bənzər sərgilər Kabil və Məzari-Şərifdə də təşkil olunub. 846098
captcha