IQNA

İSESKO Liviya xalqını qələbə münasibətilə təbrik etdi

19:00 - August 25, 2011
Xəbər sayı: 2176726
Beynəlxalq şöbə: İSESKO - Təhsil Məsələləri Üzrə İslam Təşkilatı bəyanat yayaraq Liviya İnqilabının qələbəsini və paytaxt Tripolinin əhalinin ixtiyarına verilməsini təbrik edib.
İqna Quran Xəbər Agentliyi (İQNA): ISESCO xəbər agentliyinin verdiyi məlumata görə, təşkilatın yaydığı bəyanatda onların Liviya xalqı ilə həmrəy olduqları, inqilabçıların yeni hökumət qurmaqda çalışmalarını təqdir etmələri, ədalətin bərpa olunacağı və bununla da xalqa xidmət edən quruluşun yaradılacağına ümid etmələri vurğulanıb.
Qeyd olunub ki, Təhsil Məsələləri Üzrə İslam Təşkilatı yeni qurulacaq hökumət ilə hər cür əməkdaşlıq etməyə hazırdır. 848863
captcha