IQNA

Qətərdə Liviyada yenidənqurma mövzusunda görüş

19:02 - August 25, 2011
Xəbər sayı: 2176727
Beynəlxalq şöbə: Liviya Milli Keçid Şurasının İcra aparatının rəhbəri bildirib ki, Liviyada yenidənqurma mövzusunda görüş avqustun 24-də Qətərin paytaxtı Duhada keçirilib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Arabic xəbər agentliyinin verdiyi məlumata görə, Liviya Milli Keçid Şurasının İcra aparatının rəhbəri Mahmud Cibril avqustun 23-də Benqazidə keçirilən mətbuat konfransında deyib: “Bu görüş Liviyaya kömək olaraq 2,5 milyard dollar həcmində maliyyənin toplanması və yeni hökumətin qurulması məqsədilə təşkil olunur. Tripolinin süqutu Qəzzafinin süqutu deməkdir. Məlumunuz olsun ki, bütün Liviya diktator təməlləri məhv olmuşdur.”
O, sözünün sonunda bunları da əlavə edib: “Muəmmər Qəzzafinin oğlu Muhəmməd bir ara inqilab qüvvələrinə qoşulmaq üçün Tripoliyə gəlmək istəyirdi, lakin sonradan fikrini dəyişdi. O, hətta günahsiz olduğunu da sübut edə bilərdi, amma evindən qaçdı. 849096
captcha