IQNA

Qəzzafinin muzdurları məhbusları qətliam etdilər

16:40 - August 29, 2011
Xəbər sayı: 2178882
Beynəlxalq şöbə: Liviya inqilabçılarının Tripolidəki hərbi əməliyyatlarının məsulu bildirib ki, Qəzzafi tərəfdarları Babul-əziziyyədən qaçarkən 150 məhbusu qətlə yetirmişlər.
İqna Quran Xəbər Agentliyi (İQNA): RIA Novosti xəbər agentliyinin verdiyi məlumata görə, Liviya inqilabçılarının Tripolidəki hərbi əməliyyatlarının məsulu avqustun 27-də mətbuata açıqlamasında bildirib ki, Qəzzafinin süqutundan və inqilabçıların Babul-əziziyyəyə daxil olmasından bir neçə saat əvvəl Qəzzafinin muzdurları və tərəfdarları intiqam məqsədilə 150 məhbusu qətlə yetiriblər.
O, həmçinin əlavə edib ki, onlar bunu həbsxananın içinə qumbaralar atmaqla həyata keçiriblər.
Sonda hərbi məsul Tripolinin 95% onların ixtiyarında olmasını və tezliklə bütün şəhərə hakim olacaqlarını vurğulayıb. 850836
captcha