IQNA

Qahirə kitab sərgisində Misir inqilabı barədə

16:52 - August 29, 2011
Xəbər sayı: 2178889
Mədəniyyət və incəsənət şöbəsi: Bu ilki Qahirə kitab sərgisi elə bir zaman təsadüf edir ki, sərgiyə gələnlər Misir inqilabı mövzusunda ərəb ölkələrində yazılmış kitabların şahidi olacaqlar.
İqna Quran Xəbər Agentliyi (İQNA): Misirli naşir və sərginin təşkilatçısı Cəmili Əhməd Naşirlər İttifaqının təşkil etdiyi mətbuat konfransında deyib: “Bu sərgi sentyabrın 8-dən 18-ə qədər çoxsayda ərəb ölkələrinin çoxsayda nəşriyyat evlərinin iştirakı ilə Qahirədə təşkil olunacaq. Sərgi 10 gen davam edəcək və bu günlər ərzində ərəb ziyalıları, şairləri və incəsənət ustalarının sərgiyə gəlişi gözlənilir. Sərgi məşhur Təhrir meydanına yaxın bir yerdə 3000 km2-lik geniş ərazidə olacaq.”
Xatırladaq ki, bu sərgidən əlavə Qahirənin cənubundakı Feysəl məntəqəsində 74 misirli, 11 ərəb naşirinin iştirakı ilə başqa bir sərgi də keçirilməkdədir. 851161
captcha