İqna Quran Xəbər Agentliyi (İQNA): Nəsic xəbər agentliyinin verdiyi məlumata görə, Əlcəzair Xarici İşlər Nazirliyi bəyanat verərək bildirib ki, Müəmmər Qəzzafinin həyat yoldaşı Səfiyyə, qızı Ayişə və iki oğlu Liviya sərhəd yolu ilə Əlcəzairə daxil olub.
Bəyanatda Qəzzafinin ozunun Əlcəzairə daxil olması barədə məlumat verilməyib.
Xatırladaq ki, Əlcəzair hökuməti BMT-yə, Təhlükəsizlik Şurasına və Liviya Milli Keçid Şurasına bu barədə məlumat göndərib.
Bu arada Liviya Milli Kecid Şurası bildirib ki, Əlcəzairin Qəzzafinin ailəsinə sığınacaq verməsi daxili işlərə təcavüzdür və bu ailənin nümayəndələri Milli Keçid Şurasına verilməlidir. 852387