IQNA

Əfqanıstanın “Kövsər” müəssisəsinin təşkil etdiyi Quran xətmi mərasimi başa çatıb

20:07 - August 31, 2011
Xəbər sayı: 2179793
Quran işləri uzrə şobə: Tehranda yaşayan əfqanıstanlı mühacirlərin iştirak etdiyi Quran xətmi mərasimi “Kövsər” Elmi-Mədəni Birliyinin dəstəyi ilə keçirilmişdir.
İqna Quran Xəbər Agentliyi (İQNA): Bu mərasim Ramazan ayı münasibətilə avqustun 27-də Tehranın “Rəsul” məscidində keçirilmişdir. Mərasimdə iştirak edənlər Əfqanıstan azadlığı uğrunda şəhid olanların ruhuna hədiyyə olaraq Quran qiraət etmiş, müsəlman ölkələrinin birliyi üçün dua etmişlər.
Xatırladaq ki, Ramazan ayının 27-ci gecəsi də Qədr gecəsi ehtimal olunan gecələrdəndir. Həmin gecədə müsəlmanlar oyaq qalaraq dua və ibadətlə məşğul olmuşlar.
Quran xətmi mərasimində Əfqanıstanın həm şiə, həm də sünni icmaları iştirak etmişlər. 852263
captcha