Beynəlxalq şöbə: Kufə Universitetinin rektoru İslam dünyasının tanınmış şəxslərinə, o cümlədən Əl-Əzhərin şeyxi Əhməd Teyyibə, həmзinin BMT-nin sabiq sədri Kofi Annana “Dinlərarası dialoq” mövzusunda keçirilən konfransda iştirak etmək üçün dəvət göndərib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Əsvatul-Əraq xəbər agentliyinin verdiyi məlumata gцrə, Kufə Universitetinin rektoru Əqil Əbdu Yasin bu barədə deyib: “Gələn ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan “Dinlərarası dialoq” konfransı “Nəcəf – 2012-ci ilin İslam Mədəniyyət Paytaxtı” proqramı çərçivəsində baş tutacaq.”
O, əlavə edib ki, İslam dьnyasının 300-dən зox tanınmış şəxsi, o cьmlədən Əl-Əzhərin şeyxi Əhməd Teyyib, həmçinin BMT-nin sabiq sədri Kofi Annan konfransda iştirak etmək üçün dəvət alıb. Artıq konfransa təqdim ediləcək araşdırma və məqalələrin müəllifləri də müəyyənləşib.
Konfrans barədə kitabın nəşr olunacağını vurğulayan universitet rektoru həm də bildirib ki, Əl-Əzhərin şeyxinə universitetin fəxri doktorluq diplomu da veriləcək.
Xatırladaq ki, Kufə Universiteti 1987-ci ildə təsis olunub və 70-dən çox kafedranı özündə birləşdirir.852556