IQNA

Dünya millətlərlə ayrıseçkilik apararaq rəftar edir

13:11 - September 05, 2011
Xəbər sayı: 2181699
Beynəlxalq şöbə: Nəcəfin cümə namazının xətibi ötən cümə namazında bildirib ki, dünya millətlər arasında ayriseçkilik apararaq rəftar edir və həqiqətləri əsla nəzərə almır.
İqna Quran Xəbər Agentliyi (İQNA): Alqubanchi xəbər agentliyinin verdiyi məlumata görə, Nəcəf şəhərinin cümə namazının xətibi Huccətul-İslam Seyyid Sədruddin Qubançi son xütbəsində deyib: “Biz İraq hökumətinin islah olunmasını istəyirik və İraq dövlətinin süqutunu arzulamırıq.”
O, həmçinin bildirib ki, iraqlılar ölkədə yaranmış sosioloji problemlər və terror aktlarına rəğmən, ölkə konstitusiyasını təsdiq etmək, palament təsis etməklə artıq praktiki olaraq siyasi arenada uğur qazana biliblər.
Xətib sözünün davamında ərəb ölkələrində baş verən hadisələrə fikir bildirərək qeyd edib ki, ərəb millətləri tağut rejimlərindən azadlığa çıxmaq uğrunda böyük hərəkata başlayıblar və onların uğur əldə etmələri üçün milli kimlik və İslami dəyərləri qorumaları zəruridir. Bu millətlərin məqsədə çatmaları üçün kənardan hakim qüvvələrin müdaxilə etməsinə gərək yoxdur, cəmiyyətdə İslami mənliyin hakim olması yetərlidir. Bəhreyn xalqı da uzun illər zülmə məruz qalmışdır. Bu ölkədə hələ də ayrıseçkiliyin və tayfabazlığın olmasına şahidik. Təəssüf ki, dünya hələ də millətlər arasında ayriseçkilik apararaq onlarla rəftar edir və həqiqətləri əsla nəzərə almır. 853520
captcha