İqna Quran Xəbər Agentliyi (İQNA): USIM xəbər agentliyindən verilən məlumata görə, bu konfrans Malayziya İslam Elmləri universitetinin (USİM) İdarəçilik və Rəhbərli kafedrasının dəstəyi, ölkənin Ali Təhsil Akademiyasının (AKEPT) və Ali Təhsil Nazirliyinin (MOHE) həmkarlığı ilə təşkil olunacaq.
İki günlük konfransın keçirilməsində məqsəd rəhbərlik məsələlərinin, xüsusilə İslam rəhbərliyi mövzusunun araşdırılması, rəhbərlər və alimlər arasında münasibətlər şəbəkəsi yaratmaq, sağlam rəhbərliyin yollarını araşdırıb tapmaq və bu mövzuda araşdırmaların nəşr edilməsidir.
Konfransda həmçinin Orta Şərq və Şimali Afrikadakı böhran, Cənub-Şərqi Asiya ölkələrində İslami rəhbərliyin meydana gəlməsi, dünya səviyyəsində İslam rəhbərliyi, qadınların müasir rəhbərlikdə rolu, sülh yolunda elm və texnologiyanın rəhbərliyə təsiri və s. mövzular da müzakirə olunacaq.854710