İqna Quran Xəbər Agentliyi (İQNA): İSESCO-nun mətbuat xidmətindən verilən məlumata görə, İslam İrsi komitəsinin ikinci görüşü İSESCO-nun və Misir Mədəni İrsinin Qorunması Ali Şurasının təşkilatçılığı ilə keçirilir. Açılışda İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının sədri Əbdüləziz Osman çıxış edəcək.
Görüşdə təşkilati işlərə baxılacaq, həmçinin İslam İrsinə üzv olan ölkələrin tarixi və memarlıq əsərlərinin qorunması, sionist rejimin İslam torpaqlarına təcavüzü, Müqəddəs Qüdsü yəhudiləşdirmək planına hüquqi rəy verilməsi, mədəni irsin rolu mövzusunda müzakirələr aparılacaq.
Tədbirdə həmçinin tarixi abidələrin bərpa olunması, antik əşyaların qaçaqçılığı, eləcə də maddi və mənəvi irsin qorunması mövzusu da prioritet məsələlərdəndir. 857335