İqna Quran Xəbər Agentliyi (İQNA): Misirdə nəşr edilən “Əhram” qəzetinin yazdığına görə,
Əhməd Rəfətin başçılıq etdiyi və Muhəmməd Asim Bisyuni və Hanı Bərhamın da qatıldığı Mübarək ittihamının araşdırıldığı məhkəmə 5-ci dəfə Qahirədə öz işinə başlayıb.
Məhkəmənin bu iclasında Hüsnü Mübarəklə birlikdə Misirin keçmiş dövlət naziri Adili və Hüsnü Mübarəkin cinayət ortağı olan altı nəfər də mühakimə olunub. Bu iclasda həmçinin genaral Muhəmməd Hüseyn Tentavi şahid qismində dindirilib. 858615