IQNA

İslam Konfransı Təşkilatının baş katibi Nyu Yorka gedir

15:18 - September 15, 2011
Xəbər sayı: 2187733
Beynəlxalq şöbə: İKT baş katibi Əkmələddin İhsanoğlu Birləşmiş Millətlər Təşkilatının ümumi yığıncağına qatılmaq üçün New Yorka gedəcək.
İqna Quran Xəbər Agentliyi (İQNA): OCİ xəbər agentliyinin verdiyi məlumata görə, İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu sentyabrın 18-də BMT-nin ümumi yığıncağına qatılmaq üçün New Yorka gedəcək. Yığıncaq çərçivəsində İslam Konfransı Təşkilatına üzv ölkələrin Xarici İşlər nazirlərinin yığıncağı da təşkil ediləcək.
Təşkil ediləcək bu yığıncaqda Fələstinin Rəsmi bir dövlət olaraq tanınması, Liviya Milli Keçid Şurasına hökumət qurma və Liviyanın rəhbərlik işlərinə kömək edilməsi, Əfqanıstan və İraqdakı vəziyyətin araşdırılması kimi mövzular müzakirə olunacaq.
Bu mövzular xaricində Somalidəki durum qiymətləndirilərək bu ölkəyə kömək yolları və müsəlman ölkələr arasında qida məhsullarının qorunması kimi mövzular araşdırılacaq. 860696


captcha