IQNA

16:21 - September 22, 2011
Xəbər sayı: 2191910
Beynəlxalq şöbə: Ərəb elm adamı və araşdırmaçı Muhəmməd Kazim Qurani Kərimin uzun zaman gözlənilən Urdu dilinə tərcüməsini tamamlayaraq nəşr etdirilməyə göndərmişdir.


İqna Quran Xəbər Agentliyi (İQNA): Express Tribune xəbər agentliyinin verdiyi məlumata görə, bir cildlik Qurani Kərim tərcüməsi iki-üç ay içərisində Səngi-Mil nəşriyyat evi tərəfindən nəşr olunacaq.
Məhəmməd Kazim məqsədinin eyni zamanda müasir, oxunaqlı bir tərcümə ortaya qoymaq olduğunu söyləyib: "Urdu dilində orijinal mətnə yaxın yalnız bir tərcümə var, o da Nəzir Əhmədin tərcüməsidir. Bu tərcümədə də bir çox problemlər, məsələn mötərizə içərisində izahların verilməsi və s. istifadə edilmişdir. Bu da oxunu çətinləşdirir. Mənim tərcüməm sadə və daha axıcı olmaq məqsədi daşıyır.” 865038
Ad:
E-poçt:
* Comment:
* captcha: