IQNA

Almaniyada Əhmədnejadın xarici siyasətindən bəhs edən kitab nəşr olundu

13:09 - October 12, 2011
Xəbər sayı: 2203709
Mədəniyyət və incəsənət şöbəsi: “Doktor Əhmədnejadın xarici siyasətinin xeyri” adlı kitab 63-cü Frankfurt sərgisində nümayiş etdirildi.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, fars, ingilis və fransız dillərində çap olunan bu kitab İran İslam Respublikasının xarici siyasətinin tendensiyaları və imtiyazlarına həsr olunmuşdur.
Bu kitabın müqəddiməsində yazıçı Mahmud Əhmədnejadın xarici dövlət siyasətinin tədqiqini lazımlı hesab etmişdir.
Qeyd olunmalıdır ki, 63-cü beynəlxalq Frankfurt kitab sərgisi mehr ayının 20-dən 24-nə kimi keçirilir. 877583
captcha