Beynəlxalq şöbə: “İmam Xomeyni (r) və Şəhid Seyyid Muhəmmədbağır Sədr, Ayətullah Əl-üzma Seyyid Muhəmməd sadiq Sədr və şəhid Ayətullah Seyyid Muhəmmədbağır Əl-həkimin rolu” adlı qurultay mehr ayının 24-ü Nəcəfdə keçirildi.
İran Quran Xəbər Agentliyi (İQNA): Dünya xəbərləri şöbəsinin məlumatına əsasən, bu qurultayın əsas məqsədi islam dünyasının bu dörd məşhur şəxsiyyətinin dini və siyasi səviyyələrə qabaqcıl və dərin təsirinin tədqiqidir.
“Şəhid Sədr” dəftərinin rəsmi nümayəndəsi Səlah Əl-Əbidi bu barədə dedi: Bu şəxsiyyətlər islam dünyasına təsir göstərməkdən əlavə, qeyri-islam ölkələrinin də dini və siyasi mövqelərində dərin və dəyərli izlər buraxmışlar.
Dünya və islam elmləri çərçivəsində çox böyük nailiyyətləri olan bu dörd məşhur şəxsiyyətin həyat və fəaliyyətinin tədqiqi və onların islam dini uğrundakı cihadı bu qurultayın digər mövzularından biridir. 881353