IQNA

Müəllimlər Bostonun işğal hərəkatına qoşuldular

14:40 - October 18, 2011
Xəbər sayı: 2207336
Beynəlxalq şöbə: Boston dövlət məktəblərinin müəllimləri Amerikanın hazırki vəziyyətini pisləyib kapitalizm ordusu etirazçılarını himayə edərək mehr ayının 24-ü Boston işğal hərəkatına başladılar.
İran Quran Xəbər Agentliyi (İQNA): «Boston» xəbər bürosunun məlumatına əsasən, Boston məktəblərinin müəllimləri əllərində olan kitab, komputer və imtahan vərəqələri ilə birlikdə etirazçılara qoşuldular.
Bu müəllimlər onları digər şəxslərdən fərqləndirə qırmızı rəngli tenniskalar (maykalar) geyinərək etirazlardan öncə Cənubi Bostonun avtobus dayanacaqlarında imtahan vərəqələrini yoxlamağa başladılar və sonra elan etdilər ki, müəllimlər məktəbdə bir neçə saat təlim-təhsildən sonra evdə də şagirdlər üçün müəyyən qədər əlavə vaxt ayırmalıdırlar.
Amerikanın Boston şəhəri geniş hərəkatlar və çıxışların baş verdiyi digər şəhərlərdən biridir, indiyə kimi bu şəhərin çox saylı etirazçısı polis tərəfindən tutulmuşdur. 881332
captcha