IQNA

Britaniyada İslam sərgisi nümayiş etdirilir

13:15 - October 27, 2011
Xəbər sayı: 2212735
Beynəlxalq şöbə: “Britaniyada İslam” sərgisi Riding beynəlxalq həmrəylik mərkəzində (RISC) İngilistanın Berekşayr şəhərində hal-hazırda keçirilir.
İran Quran Xəbər Agentliyi (İQNA): «Islam Today» xəbər bürosunun məlumatına əsasən, cari ilin azər ayının 9-na kimi davam edəcək bu sərgidə müxtəlif elm, dil, memarlıq, geyim və s. sahələrdə islam dünyasına aid əsərlər sərgilənəcək.
Bu sərgi həmçinin Britaniyada İslam tarixinin qoyduğu təsirləri aşılaycaq, buna görə də sərgiyə “Britaniyada İslam” adı verilmişdir.
Riding beynəlxalq həmrəylik mərkəzinin üzvlərindən biri olan Div Riçard dedi: Bu sərgi keçmişə çox cazibəli bir səfər etmə üçün fürsət yaradır. Elə ona görə də çox əhəmiyyətlidir. Bu sərgi İngilistanın tarixin bütün dövrlərində Şimali Afrikadan Hindistana kimi müsəlman imperiyası altında dünyanın qüdrətli dövləti olduğunu nümayiş etdirir.
Riçard dedi: 1602-ci ildə Britaniyada Şərqi Hindistan kampaniyası fəaliyyətə başladı və bir çox islam ölkələri ilə alış-veriş etdi. Bununla Britaniyada ilk islam cəmiyyəti formalaşdı. 887711
captcha