İran Quran Xəbər Agentliyi (İQNA): «GulfNews» xəbər bürosunun məlumatına əsasən, müasir islam mətbuatı, vəqf hesabatı, islam iqtisadiyyatı və islam dünyasında sərvət rəhbərliyi adlı ixtisaslar 2012-ci ilin əvvəllərindən Zayid universitetində tədris ediləcək.
Misirin böyük müftisi Əli Cümə elan etdi: İlk dəfədir ki, bu universitetdə vəqf hesabatı adlı ixtisas fəaliyyətə başlayır, bu bir çox alimlərin elmi tədqiqatlara yiyələnmək üçün ən böyük arzusu idi.
Zayid universitetinin elmi tədqiqatlar şöbəsinin rəhbəri Şeyx Nihan Bin Mübarək Ali Nehyan bu barədə dedi: bu ixtisas qrupları iki dildə-ingilis, ərəb dillərində tədris ediləcək. 918162