IQNA

19:41 - January 17, 2012
Xəbər sayı: 2258845
Beynəlxalq şöbə: Qurani-Kərimin dünyada mövcud olan ən qədim nüsxələrindən biri “Həcc-islamın qəlbinə səfər” adlı sərgidə dey ayının 23-dən Britaniyada nümayişə çıxarıldı.
İran Quran Xəbər Agentliyi (İQNA): «Islam Today» xəbər bürosunun məlumatına əsasən, bu qədim Quran Britaniya kitabxanası tərəfində Britaniya muzeyinə əmanət kimi qoyulmuşdur.
Britaniya kitabxanasının nümayəndələrinin dediyinə görə, Qurani-Kərimin bu nüsxəsi İsa Peyğəmbərin (ə) miladından sonra 8-ci əsrə aiddir, ehtimal olunur ki, Məkkə ya da Mədinədə ceyran dərisi üzərində yazılmışdır.
Bu Quran 19-cu əsrdən indiyə kimi London şəhərində Britaniya muzeyində saxlanılmışdır. 934971
Ad:
E-poçt:
* Comment:
* captcha: