IQNA

Rusiyada dini ifratçılıqla mübarizə araşdırıldı

12:42 - February 08, 2012
Xəbər sayı: 2271176
Siyasi və ictimai şöbə: Şəhərlərdə dini ifratçılıqla bağlı mübarizə məsələləri bəhmən ayının 14-ü Rusiya Federasiyasının Urenburq vilayətində müzakirə və tədqiq edildi.
İran Quran Xəbər Agentliyi (İQNA): Avropa məntəqə şöbəsinin məlumatına əsasən, bu qurultay bəhmən ayının 14-ü Urenburg vilayətinin rəhbəri İqor Puqadayevin, məntəqə müsəlmanlarının müftisi Əbdülbari Xeyravəlin, “Hüseyniyyə” adlı islam məktəbinin rəhbəri Alifiyət Şərifov, “Süleymaniyyə”, “Ramazan”, “Hüseyniyyə” və “İman” yerli islam təşkilatlarından bir çox nümayəndənin iştirakı ilə Urenburg şəhərində keçirildi.
Bu məclis iştirakçıları dini mərasimlərin keçirilməsi zəminində təhlükəsizlik və nizam-intizamın təmini, hər cür dini ixtilafların- ideoloji vəhhabi əqidələrinin nüfuzu və ifratçılıq hərəkatlatının qarşısının alınması mövzularında müzakirələr apardılar.
Vilayət rəhbərləri və bu məntəqənin digər nizam-intizam qüvvələri bu qurultayda öz çıxışları zamanı alimlər və məscid İmam camaatları arasında həmkarlığın yaranmasını tələb etdilər. 947035
captcha