IQNA

Özbəkistanda İslami geyimlərin satışı qadağan oldu

0:47 - March 19, 2012
Xəbər sayı: 2293695
Beynəlxalq şöbə: Özbəkistan rəsmiləri bu ölkənin müsəlmanlarına təzyiq göstərərək Daşkənd şəhərinin bazarlarında İslami geyimlərin o cümlədən baş örtüyünün satışını qadağan etdilər.
İQNA xəbər agentliyinin “OnIslam.net” xəbər bürosuna istinadən verdiyi məlumata əsasən, Daşkənd bazarının geyim satıcıları belə deyirlər: Dövlət məmurları bu ayın əvvəlindən başlayaraq şifahi şəkildə İslami geyimlərin satışının qadağan olduğunu bildiriblər. Onlar bildirirlər ki, son vaxtlar İslami geyimləri gizli şəkildə təkcə inandıqları şəxslərə satırlar.
Özbəkistan dövlətinin 1998-ci ildə qəbul etdiyi qanuna əsasən, ümumi yerlərdə dini simvol hesab olunan paltarların o cümlədən İslami hicabın geyinilməsi qadağandır. Qanunu əməl etməyənlər cərimə olunaraq həbs olunacaqlar.
973899
captcha