IQNA

11:13 - March 23, 2012
Xəbər sayı: 2294105

Həcc ziyarətçiləri aşağıdakı nöqtələrə diqqət etməlidir!

İctimai şöbə: İİR-in Həcc mədəniyyət işləri üzrə icraçıları ziyarətçilərin Həcc ziyarəti zamanı əməl etməli olduqları maddələri ehtiva edən elaniyyə verdilər.

İQNA xəbər agentliyinin verdiyi məlumata əsasən İİR-in Həcc nazirliyinin mədəniyyət işləri idarəsi bu idarə tərəfindən hazırlanan bir elanda iranlı ziyarətçilərə aşağıdakı qanunlara əməl etməyi tövsiyə edir:
1. Az miqdarda da olsa narkotik maddələri daşımaq olmaz. Bu iş Ərəbistanda ağır cinayət sayılır. Bu məsələ zair və karvan başçıları üçün problemlər yaradacaqdır. Diqqətiniz olsun ki, ziyarətçilər və onların vəsailləri hava limanında məmurlar və itlər vasitəsilə diqqətlə yoxlanılır.
2. Camaat namazı vaxtı Bəqi qapısında toplaşmaq
3. Təhrik edici nohələr oxumaq və sinə vurmaq
4. Bəqidə və onun qapısı qarşısında namaz qılmaq
5. Təvəssül duası və Aşura ziayrətini dəstə halında oxumaq
6. Bəqinin və başqa ziyarətgahların qapısına və hasarına parça və bu kimi şeylər bağlamaq
7. Bəqinin torpaq və daşını götürmək
8. Ərizə, pul, paltar Bəqiyə atmaq və orada şam yandırmaq
9. Bəqidə video və şəkil çəkmək
10. Bəqiyə parça və ya kəfən sürtüb təbərrük etmək
11. Bəqi qapısında toplaşmaq və başqaları üçün çətinlik yaratmaq
12. Ziyarətgahlar və ictimai yerlərdə siqaret çəkmək
13. Peyğəmbər (s) məscidinin divarlarını və zərihi öpmək
14. Namaz qılarkən möhr, ağac, kağız və bu kimi şeylərdən istifadə etmək
15. Namazqılanların önündən keçmək
16. Quran və ayaqqabını bir əldə tutmaq
17. Quran üzərindən keçmək
18. Quranı məsciddən xaric etmək
19. Camaat namazının sıralarını pozmaq və camaat namazı qılanların arsından keçmək
20. Cümə namazı xütbələri zamanı nafilə namazı qılmaq və Quran oxumaq
21. Cümə namazı xütbələri və azan zamanı söhbət etmək
22. Camaat namazı zamanı məscidi tərk etmək
23. Uca səslə ziyarət oxumaq və salavat çevirmək
24. Bir-birini uca səslə çağırmaq
25. Camaat namazı zamanı tək namaz qılmaq
26. Arxası zərihə (müqəddəs qəbrə) tərəf oturmaq
27. Telfon zənglərində qeyri-münasib melodiyalardan istifadə etmək
28. Səcdə və rüku zikirlərini ucadan demək
29. Səcdə və rükuya imamdan qabaq getmək
30. Meyit namazında iştirak etməmək və məscidi tərk etmək
31. Camaat namazı zamanı telefonu söndürməmək
32. Təvaf zamanı nazik libas geyinmək və bədənin görsənməsi
33. Təvaf edənlərin əks cəhətində yerimək
34. Təvaf edənlərin yolunda namaz qılmaq
35. İbrahim (ə) məqamında namaz qılmaq
36. Kəbənin pərdəsinin sapını çəkmək
37. Qara daşı öpmək üçün başqalarına əziyyət etmək
38. Arxası Kəbəyə oturmaq
39. Ümumi yerlərdə namünasib libas geyinmək
40. Namaz vaxtlarında yersiz toplantılar
41. Ümumi yerlərdə zibil tökmək
42. İçməli su yerlərində dəstəmaz almaq
43. Gigiyenik qaydalara riayət etməmək
44. Sevislərə (yemək, nəqliyyə və s...) vaxtında hazır olmamaq
45. Başqaları üçün çətinlik və narahtlıq yaratmaq
46. Al-ver zamanı yersiz çənə vurmaq
47. Ağır və iri həcimli yük daşımaq
48. Namaz vaxtı hərəmlərdən xaric olmaq və hotelə qayıtmaq
49. Mağaza qabaqlarında toplaşmaq
50. Alınmış cinsləri geri qaytarmaq
Şiəçiliyin heysiyyətini qorumaq və onu yersiz itthamlara düçar etməmək üçün yuxarıda göstərilən və bunlar kimi məsələlərə diqqət etmək vacibdir. Diqqətli olun ki, xarici casuslar müsəlman qismində aranıza daxil olub sizi təfriqə salan məsələlərə təhrik edə bilərlər. Buna görə də heç kimlə müşacirə və mübahisə etməyin.
974595
captcha