İran Quran Xəbər agentliyi (İQNA): "Modatesettur" xəbər mərkəzinin nəql etdiyinə görə, bu beynəlxalq sərginin ‘2012-ci ildə İslami Geyim' ünvanıyla bu il may ayında təşkil edilməsi qərarlaşdırılmışdı lakin iştirakçıların istəyiylə sentyabr ayında təşkil ediləcək.
Sərgini təşkil edənlər bu sərgidə təqdim edilən malların və paltarların geniş bir sahədə müxtəliflik sərgilədiyini və İslami geyimin yalnız xanımlara xüsusi olmadığını hətta kişilər üçündə İslami modellər olduğunu və bunun yanında xüsusi gəlin paltarlarını da əhatə etdiyini söylədilər.
Bu sərgidə müxtəlif eşarp (yaylıq) və şallar, idman paltarları, əlişləriylə bəzənmiş müxtəlif paltarlar təqdim ediləcək.
Bütün dünyada İslami paltar istehsal şirkətlər bu sərgiyə qatılaraq öz ən son yeni məhsullarını sərgiləyəcəklər.
980009