İQNA xəbər agentliyinin Misir çapı “Əlyəvmus-Sabi” qəzetinə istinadən verdiyi məlumata əsasən, onlarla şəhərli Sionist, Əl-Əqsa məscidinə hücum edərək İslam əleyhinə icra etdikləri mərasimlərlə bu məscidə həyasızcasına hörmətsizlik etdilər.
Əlli nəfərlik şəhərli qrup Babul-Məğaribə tərəfindən Əl-Əqsa məscidinə hücum etdilər və Yəhudilərin “Bisah” olarak adlandırdığı Fəsh bayramı mərasimlərinin təşkil edilməsini bəhanə edərək bu məscidə həyasızcasına hörmətsizlik etdilər.
Keçən cümədən başlayaraq İsrail polisi Qüds şəhərində, İsraildə başlayan Fəsh bayramıyla birlikdə xüsusilə Xristian və Yəhudi məqbərələrinin ətrafına yerləşərək Əl-Əqsa məscidinin mühasirəsini daha da gücləndirmişdi.
İsrail silahlı qüvvətləri eyni halda Əl-Əqsa məscidinin girişlərini o cümlədən Əlburaq divarı və Qiyamət sinagogunu nəzarət altına alaraq bu müqəddəs məkana yerləşmişlər.
Cümə günündən başlayan “Fəsh bayramının” mərasimləri səkkiz gün davam edəcək.
Xatırladaq ki, Fəsh bayramı Yəhudilərə görə Bəni İsrailin Misirdən çıxdığı gün, Xristianlara görə isə Hz. İsanın səmaya getdiyi gündür. 980919