IQNA

Ərəbistanda Qurani-Kərimin 1200 çap edilməmiş əlyazma nüsxəsi vardır

19:47 - April 17, 2012
Xəbər sayı: 2307065
Beynəlxalq qrup: Ərəbistanın "Məlik Əbduləziz" adına İslami tədqiqatlar universitetinin ustadı dedi: Ərəbistanda Quran elmlərinə aid təqribən 1200 əlyazma nüsxə mövcuddur ki, hələ çap olunmamışdır.
İQNA xəbər egentliyinin Ərəbistanın "Əş-Şərq" qəzetinə istinadən verdiyi xəbərə görə Himət Bəşir Yasin - Ərəbistanın "Məlik Əbduləziz" adına İslam və Quran tədqiqatlar universitetinin ustadı, Mədinənin İslam universitetində "Quran tədqiqatlarında məharətlər" adı altında keçirilən seminrarda deyib: Ərəbistanda Quran elmlərinə aid təqribən 1200 əlyazma nüsxə və 266 ensiklopediya mövcuddur ki, hələ çap olunmamışdır. Yuxarı pillələrdə oxuyan tələbələr və mütəxəssis ustadlardan bəziləri bu nüsxələri yaxından görə biliblər.
O, nitqinin axırında ustad və tələbəlrədən bu nüsxələrin çap olunmasını üçün çalışmalarını istədi.
986780
captcha