IQNA

"Üsuli-Kafi" kitabının Fransızca tərcüməsi çap olacaq

13:52 - April 23, 2012
Xəbər sayı: 2310842
Beynəlxalq qrup: Yaxın günlərdə şiələrin ən mühüm hədis kitablarından biri və böyük mühəddis Şeyx Kuleyninin şah əsəri olan "Üsuli-Kafi" kitabının Fransızca tərcüməsi çap olacaq. Kitabı fransızcaya Fəridə Məhdəvi Damğani tərcümə etmişdir.
İQNA xəbər agentliyinin "Şiəşenasi" – (Şiətanıma) saytına istinadən verdiyi xəbərə görə Fəridə Məhdəvi Damğani – dini kitablar tərcüməçisi, "Üsuli-Kafi" kitabını fransızcaya tərcümə etmişdir.
Qeyd edək ki, Fəridə Məhdəvi Damğani İmam Səccadın (s) "Risalətul-hüquq", Vəhid Xorasaninin "Usuli-din", Şeyx Abbas Quminin "Nəfəsul məhmum" və Ustadinin "Şahzadeyi valatabar" kitabını da fransızcaya tərcümə etmişdir.
991158

captcha