IQNA

Amerikalı keşiş "Virceniya" kilsələrinin birində Quran tədris etdi

19:20 - April 28, 2012
Xəbər sayı: 2313687
Beynəlxalq qrup: Amerikalı keşiş "Virceniya" əyalətinin kilsələrinin birində Quran ayələrinin bir qismini tədris etdi.
İQNA xəbər agentliyinin "EGYNEWS" saytına istinadən verdiyi xəbərə görə Eskat Morgan – amerikalı keşiş, "Virceniya" əyalətinin kilsələrinin birində Quranda sülhlə yaşamağa tövsiyə edən, qadın məsələləri haqqında və vətəndaş hüquqlarından danışan ayələrinin bir qismini kilsəyə toplananlar üçün izah edərək deyib: "İslam dini qeyri-müsəlmanlarla kobud davranmağı həram etmişdir... Quran qadınlara böyük dəyər verir və qadın İslam baxımından ictimaiyyətin qurluşunda böyük təsirə malikdir – (O, bunun üçün Quran və hədisdən dəlil gətirmişdir)".
Morgan İslam dini ilə uşaqlığından tanış olmuş və Əfqanıstanda bir müddət yaşayaraq burada İslam dinin prinsiplərini dərindən öyrənmişdir.
994669
captcha