İQNA-nın (İran Quran Xəbər Agentliyi) İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı şöbəsinin verdiyi xəbərə görə bu sərgidə ki, Ukraynanın Dövlət Tele-Radio şirkətlərinin milli komitəsinin təşəbbüsü ilə keçirildi, Rusiyanın İslami Araşdırmalar Mərkəzi də ilk dəfə olaraq iştirak edtdi. Öz çap etdiyi kitablardan əlavə "Səmt" intişaratı tərəfindən Rusca tərcümə və çap olan kitablarını da tamaşaçılara tanıtdırdı.
Bu mərkəz Ukrayna 8-ci Beynəlxalq Kitab sərgisində Əllamə Təbatəbai, Şəhid Mütəhhəri, Ayətullah Təsxiri, Misbah Yəzdi, Qəraəti, Seyid Hüseyn Nəsr, Əmini, Əhməd Əhmədi və digər müəlliflərdən əsərlər sərgiyə qoydu və tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Bu sərginin may ayının 20-də keçirilən yekun mərasimində Rusiyanın İslami Araşdırmalar mərkəzi və başqa üç naşir təqdir olundu.
1016634