IQNA

Bakı Quran yarışlarında iştirak edənlərin sayı altı dəfə artıb

13:02 - July 01, 2012
Xəbər sayı: 2358225
Quran üzrə fəaliyyətlər qrupu: İİR-in Azərbaycandakı Mədəni Əlaqələr idarəsi tərəfindən keçirilən Bakı Quran olimpiadasının ikinci turunda iştirak edənlərin sayı altı dəfə artıb.
İbrahim Nuri - İİR-in Azərbaycandakı Mədəni Əlaqələr işçisi, İQNA ilə (İran Quran Xəbər Agentliyi) müsahibəsində bu xəbəri elan edərək deyib ki, İİR-in Azərbaycandakı Mədəni Əlaqələr idarəsi tərəfindən keçirilən Bakı Quran olimpiadasının ikinci turunda iştirak edənlərin sayı keçən ilə nisbətdə altı dəfə artıb və 200 nəfərə çatıb.
Bu olimpiada da Azərbyacanın müxtəlif şəhərlərindən Təcvid, Hifz, Tərcümə və Qiraət sahələrində iştirak edənlər var idi. Bu yarışların qalibləri müxtəlif hədiyyələrə mükafatlandırılacaq və fərqlənənlər Məşhəd ziyarətinə nail olacaqlar.
Nuri dedi: Azərbaycan xalqının Qurana olan məhəbbətini nəzərə alıb bu yarışları hər il keçirəcəyik. Bu yöndə üç il öncədən Azərbaycanda yerli Quran müəllimləri tərəfindən Quran təlimləri kursları təşkil olunmuşdur.
Qeyd edək ki, bu yarışlar Azərbaycanda iyun ayının 24-də keçirilmişdir.

1040585
captcha