IQNA

Fransa hava limanında müsəlman qadınları hicablarını açmağa məcbur edilirlər

20:44 - July 01, 2012
Xəbər sayı: 2358525
Beynəlxalq qrup: Fransa hava limanında müsəlman qadınların hicablarını açmağa məcbur edilmələri və dini azlıqların şəxsi azadlıqlarına diqqətsizlik bu ölkənin müsəlman icmasının qəzəb və etirazına səbəb olmuşdur.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) «Islam Online» saytına istinadən verdiyi xəbərə görə Fransanın islamofobiya siyasəti ilə mübarizə cəmiyyəti (CCİF) iki həftə öncə elan etdi ki, Fransanın Nant şəhərinin Atlantik hava limanında müsəlman qadınları hicablarını açmağa və yoxlama sistemlərindən keçirməyə məcbur edirlər və bunun üçün hicabın altında xətərli alətlərinin gizlədilmə ehtimalı olduğunu bəhanə edirlər.
Onlar, hicablı xanımların qadınlar vasitəsilə yoxlanılması istəyinə də rəd cavabı veriblər.
Bu təhqiramiz addım Fransalı müsəlmanların etiraz və qəzəbinə səbəb olmuşdur.
Fransa Müsəlmanlar Şurası bu addımı pisləyərək Manuel Valzdan – Fransanın baş naziri, istəmişlər ki, bu hadisənin yoxlanılması məsuliyyətini öz üzərinə götürsün.
Avropa birliyinin Hava limanları haqqındakı qanuna əsasən məmurlar müsəlman qadınları hicablarını açmağa məcbur edə bilməzlər.
1042066

captcha